Ölkə 15:10 15.12.2018

CVN TV-də Ülviraya görə kütləvi istefalar

İnternetdə yayımlanan "CVN TV"də (Cavan TV) bir neçə işçi öz ərizəsi ilə işdən çıxıb. 

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu haqda kanalın əməkdaşı Günel Xəzəl sosial şəbəkədə yazıb. O, işçilərin kanalın baş prodüseri Ülvira Qarayevaya görə belə addım atdıqlarını bildirib:

"Mən də daxil olmaqla səkkiz nəfər dünən işdən çıxdıq. Daha dözə bilmədik. 14 dekabr tarixindən CVN televiziyasının 8 əməkdaşı efiri yarımçıq qoyaraq, işi tərk edib. 

Buna səbəb baş prodüser Ülvira Qarayevanın işçilərlə qeyri-insani rəftarı, təhqir və şəxsiyyəti alçaltması olub. Oxşar səbəblərə görə, bundan əvvəl də bir neçə tanınmış jurnalist işini tərk edib".