Ölkə 18:35 06.10.2021

Daha 1009 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qayanrinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb, 6611 nəfər vəfat edib, aktiv xəstə sayı 13 181 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9828, ötən müddət ərzində isə ümumilikdə 4 912 156 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 45948 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32929 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8841520, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4837342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4004178 təşkil edir.