Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-i Xaçmaz rayonu, Köhnə Xudat kənd qəbiristanlığında;
Kamalov Bahadur Məhəmməd oğlu iyulun 3-ü Kəlbəcər rayonu, Zar kəndi, yeni qəbiristanlığında;
Babayeva Mədinə Rəhim qızı iyulun 3-ü Kəlbəcər rayonu, Daşbulaq kənd qəbiristanlığında;
Əhmədov Rauf Əjdər oğlu iyulun 3-ü Goranboy rayonu, Sarov kənd qəbiristanlığında;
Musayev Dəyanət Salik oğlu iyulun 3-ü Ucar rayonu, Boyat kənd qəbiristanlığında;
Əliyev Möysüm Murad oğlu iyulun 3-ü Füzuli rayonu, Mahmudlu 2 kənd qəbiristanlığında dəfn olunacaq.
11.47
Sabah itkin dşümüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.
Qaynarinfo xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib:
"Təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş adlı şəhid məzarlarının məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib. 377 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib".
Ədalət Həsənov bildirib ki, iyulun 1-də və 3-də daha 6 nəfər itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək.
Şərhlər