Maqazin 16:55 19.08.2019

Daha bir aktrisa aparıcılığa başladı

Aktrisa Ülviyyə Xəlilbəyli də aparıcı kimi fəaliyyətə başlayıb.

Ülviyyə ARB telekanalında tamaşaçıların qarşısına çıxıb. Aktrisa "Tərz+" adlı verilişlə efirə çıxıb. Proqram qadınlardan, dəb və gözəllikdən bəhs edir.

Qeyd edək ki, Ülviyyə aktyor Murad İsmayılla ailəlidir. (Axşam.az)