Foto 23:37 20.10.2021

Daha bir avtobus qəzası (FOTO)

Sumqayıtın İnşaatçılar küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Xeberle.com xəbər verir ki, "Mercedes” markalı avtomobil 42 nömrəli marşrut xətti üzrə hərəkət edən marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində avtobus aşıb. Minik avtomobilinin sürücüsü və sərnişini olan azyaşlı xəsarət alıb. Avtobusda ciddi xəsarət alan olmayıb.

Hadisəyə hüquqi qiymət aparılan avtoekspertizadan sonra veriləcək.