Kosovanın Baş naziri Avdullah Hoti də koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir özünün rəsmi "Facebook" hesabında məlumat verib. O, COVID-19 testinin nəticəsinin müsbət çıxdığını bildirib. Lakin yüngül öskürəkdən başqa simptom olmadığını deyib:
"Bu gündən etibarən iki həftəliyə özümü izolyasiya edirəm. Vəzifəmi evdən icra edəcəm".
Qeyd edək ki, Kosovada bu vaxta qədər 8 min 799 nəfərdə koronavirus aşkarlanıb. Epidemiya səbəbindən 249 nəfər həyatını itirib.
Camal
Şərhlər