Dünya 18:29 27.11.2020

Daha bir deputat Paşinyandan ayrıldı, deputatlıqdan imtina etdi

İrəvan Ağsaqqallar Şurasının üzvü Mesrop Papikyan istefa verdiyini açıqlayıb. 

Qaynarinfo Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, "Mülki Müqavilə” partiyasından da ayrılıb və parlamentdəki "Mənim addımım” fraksiyasında boşalan bir deputat mandatından imtina edib. 
Hakimiyyət və müxalifət arasında qalmaq istəmədiyini deyən Papikyan qeyd edib ki, bundan sonra xarici siyasətlə maraqlanacaq: 

"30 ildir biz Ermənistanda yalan-palanlarla hərəkət edirik: Hökumət, müxalifət, hakimiyyət dəyişikliyi, inqilab və s. Yeganə gündəmimiz suveren, qüdrətli bir dövlətin yaradılması olmalıdır. Bunun üçün əsaslı dəyişikliklər etməliyik. İndiki partiya-siyasi sistemində belə dəyişikliklərə nail olmaq mümkün deyil”.
 
Alpər