Siyasət 15:57 30.12.2019

Daha bir jurnalist seçkilərə qatıldı

İxtisasca jurnalist olan Xəzər Universitetinin müəllimi tanınmış şair Qardaşxan Əzizxanlı Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, o, dünən deputatlığa namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürüb. Qardaşxan Əzizxanlı bu dairədə 10-dan yuxarı namizədlə mübarizə aparacaq.