Dünya 22:10 24.03.2019

Daha bir ölkə İsraildəki səfirliyini Qüdsə köçürür

Rumıniya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürür.

Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Viorika Dançile açıqlama verib. 

Baş nazir qeyd edib ki, Donald Trampın ABŞ səfirliyini Qüdsdə açması "rumın xalqını təsirləndirib". Viorika Dançile bildirib ki, İsrail və ABŞ Rumıniyanın xüsusi strateji tərəfdaşlarıdır: 

"Bu gün Amerika - İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında açıqlayıram ki, ölkəmizdə qərar qəbuletmə prosesində iştirak edən bütün konstitusiya subyektləri tərəfindən təhlil edildikdən sonra, tam razılıqla, mən, Rumıniyanın baş naziri və hökumət başçısı olaraq, Rumıniya səfirliyini Yerusəlimə, İsrailin paytaxtına köçürəcəyik".