Sağlamlıq 18:20 15.03.2020

Daha bir ölkədə Azərbaycan vətəndaşları üçün "Qaynar xətt" yaradıldı

Azərbaycanın Belçikadakı səfirliyində qaynar xətt nömrəsi fəaliyyətə başlayıb. 

Səfirlikdən APA-ya verilən məlumatda bildirilir ki, Belçikada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan "Qaynar xətt” yaradılıb.

Qaynar xətt nömrəsi: +32 484 41 26 61