Foto 13:41 10.07.2019

Daha bir mikroavtobus qəzası: yaralılar var (FOTOLAR)

Şəki rayonunda yol qəzası baş verib.  

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. Xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.