Siyasət 17:26 21.10.2021

Daha bir partiya dövlət qeydiyyatına alındı

Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın sədri Anar Əsədli məlumat verib. Sədr bu münasibətlə partiya üzvlərini təbrik edib:

"Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz. Qurulduğu ilk gündən yanımızda olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək”.

Bahar