Xəbər lenti

Daha bir qəzet böhranla üzləşdi
Ölkə 14:41 15.11.2013

Daha bir qəzet böhranla üzləşdi

Son günlər qəzet satışı ilə bağlı yaranan maneələr "Reytinq" qəzetinə də ciddi maliyyə problemlərinin yaranmasına səbəb olub. 

Bu səbəbdən də radaksiya oxucularına müraciət edib. Mia-ya daxil olan müraciətdə belə deyilir: "Əziz Oxucular! Hər birinizin qəzeti olan «Reytinq» 14 illik tarixinin ən ağır dönəmlərindən birini yaşayır. Qəzet faktiki olaraq bağlanmaq təhlükəsiylə üzləşib. Əsas səbəb paytaxt Bakıda ən çox qəzet satan «Qasid» firmasının 200-dən çox köşklərinin yığışdırılması və metro keçidlərində qəzet satışının qadağan edilməsidir. Bundan əlavə, şəhərin hər addımbaşı rast gəlinən yeni «press köşk»lər də şənbə-bazar günləri işləmədiklərini bəhanə edərək, «Reytinq»i satış məqsədiylə qəbul etməkdən imtina edib. 

Bütün bunlar isə fəaliyyətimizi çox ciddi şəkildə məhdudlaşdırıb. Odur ki, ən ağır dövrlərimizdə olduğu kimi, yenə də Sizə üz tuturuq. «Reytinq» qəzeti ilkin mərhələdə «1000 etibarlı Oxucu» kampaniyası çərçivəsində yeni bir prosesə start verib. Sizlərdən xahiş edirik, qəzetimizə abunə yazılın! Qəzetin illik abunə haqqı 19 manatdan çox deyil.

Bunun üçün şəhərdə «Qaya» firmasına (465 - 67- 13 və 564 48 96), rayonlarda isə «Azərmətbuatyayım» firmasının rayon şöbələrinə bir zənginiz kifayət edər ki, qəzetiniz evinizə və ya ofisinizə gəlsin!".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->