Xəbər lenti

Video 14:57 10.09.2022

Daha bir şəhərdə Ukrayna bayrağı qaldırıldı (VİDEO)

Rusiya işğalından azad edilən Xarkov vilayətinin Balakleya şəhərində Ukrayna bayrağı qaldırılıb.

Qaynarinfo "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə  Xarkov vilayət şurası rəhbəri Oleq Sinequbov "Telegram"da məlumat yayıb.

"Balakleya Ukraynadır! Bu gün Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin rəhbərlik etdiyi hərbçilər Balakleyada Ukrayna bayrağını qaldırdı", deyə vilayət rəhbəri bildirib.

Xatırladaq ki, son bir neçə gün ərzində mətbuatda Ukrayna Silahlı Qüvvələrinin Balakleya vilayətində uğurlu əks-hücum əməliyyatları keçirməsi barədə məlumatlar yayılsa da, rəsmi mənbələr şəhərin işğaldan azad olunduğunu təsdiqləməmişdi. Bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski oradan video yayımlayaraq, Ukrayna Silahlı Qüvvələrinin Balakleyanı azad etdiyini açıqlamışdı. Eyni zamanda, daha əvvəl məlum olub ki, Ukrayna hərbçiləri Xarkov istiqamətində artıq 20-dən çox yaşayış məntəqəsini azad edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->