Ölkə 11:12 20.09.2018

Daha bir vəzifəyə təyinat oldu

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına yeni direktor təyin edilib.

Texnoparkdan Qaynarinfo-ya verilən məlumata görə, bu vəzifəyə Nazim Şükürov təyin edilib.

Qeyd edək ki, buna qədər direktor səlahiyyətlərini müvəqqəti olaraq Elxan Bayramov icra edib.

N.Şükürov isə bu vəzifədə Vüqar Babayevi əvəz edib.