Ölkə 14:57 08.06.2018

Daha bir yüksək vəzifəyə təyinat: müdir Aparat rəhbəri oldu

Azərbaycan Respublikasının Prezidenti yanıında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri vəzifəsinə təyinat olub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Çingiz Qədimov MİDA-nın Aparat rəhbəri vəzifəsinə təyin edilib. 

O, əvvəllər agentliyin Hüquq və nəzarət şöbəsinin daxili nəzarət sektorunun müdiri işləyib. 

Qeyd edək ki, əvvəllər MİDA-nın Aparat rəhbəri vəzifəsini Anar Quliyev tutub. O, bir müddət əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.