Xəbər lenti

Texnologiya 20:02 16.12.2024

"Daha çox məlumat olmayacaq - biz zirvəyə çatmışıq" - "ChatGPT"nin yaradıcısı

"OpenAI" şirkətinin keçmiş baş tədqiqatçısı və həmtəsisçisi İlya Sutskever yaxın gələcəkdə böyük dil modellərinin hazırlanmasında yanaşmaların dəyişəcəyinə əmindir. Sutskeverə görə, əsas problem yeni məlumatların çatışmazlığında olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Hazırda süni intellekt modelləri internetdən toplanan və tərəfdaşlar tərəfindən təqdim edilən məlumatlar əsasında təlim alır. Sutskeverin fikrincə, internet bu baxımdan demək olar ki, tükənmiş bir enerji mənbəyinə - məsələn, neftə bənzəyir.

"Daha çox məlumat olmayacaq - biz zirvəyə çatmışıq. Biz mövcud məlumatlarla işləməli olacağıq. İnternet yalnız birdir", deyə Sutskever bildirib.

O ehtimal edir ki, növbəti nəsil modellər "həqiqi mənada agentlər" olacaq. Bu ifadəyə aydınlıq gətirməsə də, adətən agentlər istifadəçi sistemlərində müstəqil fəaliyyət göstərən və müxtəlif vəzifələri yerinə yetirən avtonom süni intellekt sistemləri kimi başa düşülür.

Bu cür layihələrin nümunəsi "Anthropic" şirkətinin artıq ilk versiyasını təqdim etdiyi "agent" layihəsidir. Gözlənilir ki, "OpenAI" öz analoji sistemini 2025-ci ilin əvvəlində təqdim edəcək.

İlya Sutskever 2024-cü ildə "OpenAI"dan ayrıldıqdan sonra, hazırda öz "Safe Superintelligence" (SSI) startapına rəhbərlik edir. O, "təhlükəsiz superintellekt" hazırlamaqla məşğul olacaq və bunu "zamanımızın ən mühüm texniki problemi" adlandırıb.

"OpenAI" dekabr ayında ən güclü və dəqiq cavablar təqdim edən yeni "ChatGPT" modelini təqdim edib. Bu model daha yavaş işləsə də, daha yüksək etibarlılıq və ətraflı cavablarla seçilir. Eyni zamanda İlon Maskın X sosial şəbəkəsi "Grok AI" çat-botunu bütün istifadəçilər üçün pulsuz istifadəyə verib.

Aydın





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->