Xəbər lenti

Ölkə 09:56 31.05.2021

Daha iki erməni diversant ələ keçirilib? - DSX-dan açıqlama

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətindən Qaynarinfo-ya bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:
 
"Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->