Xəbər lenti

Daha uzun yaşam üçün lazım olan 5 qida
Sağlamlıq 23:26 11.08.2019

Daha uzun yaşam üçün lazım olan 5 qida

İnsan ömrünü uzadacaq, xəstəlik riskini minimuma salacaq qidalardan sizin üçün siyahı hazırladıq. 

Qaynarinfo xəbər verir ki, badam bu qidaların başında gəlir. Badam xolesterolu azaldır, sümükləri möhkəmləndirir, badam yeyənlərin öd kisəsi problemi olmur. Buna görə də günsə bir ovuc badam yeməyinizdə fayda var. 
 


Ton balığı sağlam qidalanmanın başlıca rasiyonlarından biridir. Ton balığı ilə asanlıqla protein ala və omega 3 yağ turşusu ilə beyninizin daha sağlam işləməsini təmin edə bilərsiniz. 
 


Brokoli beta karoten baxımdan xərçənglə ən yaxşı mübarizə aparan qidalardandır. Bu vitaminin B1 və C vitaminləri ilə də çox zəngin olduğu bilinir. 
 


Qırmızı şərabın faydaları saymaqla bitməz. Belə ki, şərab ürəyi qoruyur, həzm sistemini möhkəmləndirir, iştahı artırır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, bakteriya və virusları öldürür, hüceyrələrin yaşlanmasının qarşısını alır, zehni gücləndirir. 
 

 
Tünd şokolad ilə qan təzyiqinizi sala bilərsiniz. Şokolad ürəyinizin sağlamlığı üçün önəmli rol oynayan antioksindantdır. Şokolad həm də dərinizi parlaqlaşdıracaq. 
 
 
Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->