Dünya 18:43 29.07.2021

Dalay Lama Tibetdən kənarda bir qadın bədənində yenidən doğulacağını dedi

XIV Dalay Lama Tibetdəki vəziyyətin əvvəlki kimi qalacağı təqdirdə, "azad dünyada" bir qadının bədənində yenidən doğula bilər. 

Qaynarinfo xəbər verir ki, bunu onun Rusiya və MDB ölkələrindəki nümayəndəsi, Kalmıkiyanın Ali Laması Telo Tulku Rinpoçe deyib.

Onun sözlərinə görə, hadisələrin belə inkişafı Tibetdəki vəziyyətin dəyişməz qalması və Dalay Lamanın qaçqın statusunda ölməsi şərtilə mümkündür.

"O, öz istəyi ilə azad dünyada və çox güman ki, Tibet xaricində yaşayan bir qadının bədənində yenidən doğulacağını bildirir", - Rinpoçe deyib.

O, deyib ki, 86 yaşlı Buddist lider 110-113 il yaşamaq niyyətini açıqlayıb.

Dalay Lamanın özü daha əvvəl 60 il sürgündə yaşadığı Hindistanda yenidən doğula biləcəyini söyləmişdi. Ona Çin hakimiyyəti tərəfindən seçilən heç bir varis hörmətə layiq olmayacaq.
 
Alpər