Maqazin 11:35 28.01.2018

Damla Rusiyadan deportasiya edilibmiş

"Bir müddət bundan əvvəl Rusiyadan deportasiya olunmuşam”.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, müğənni Damla bu sözləri "Fırtına” klipinin təqdimatı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Müğənni məsələyə bu cür aydınlıq gətirib:

"Bu, xüsusi sifariş əsasında olub. Lakin Kan Abdullayev bu işdə mənə yaxından köməklik etdi və məsələ bir ayın içində həll olundu. Artıq deportasiya aradan qaldırılıb və mən yenidən Rusiyada konsertlərdə iştirak edəcəm”.

Qeyd edək ki, Kan Abdullayev müğənninin yenicə təqdim etdiyi "Fırtına” klipində şəhid obrazını canlandırıb.