Dünya 14:10 15.06.2019

Danq virusu 43 nəfərin ölümünə səbəb oldu

Danq virusu Taylandda bu il ərzində 43 nəfərin ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Xəstəliyə Nəzarət İdarəsinin məlumatına görə, 1 yanvar-11 iyun tarixlərində virus səbəbilə ölkədə 43 nəfər ölüb. Bu müddət ərzində 28 785 nəfərdə virus aşkarlanıb. Xəstəliyə yoluxanların sayı əvvəlki illərdən 2 dəfə çoxdur. Ötən ilin eyni dövründə danq virusu 21 nəfərin ölümünə səbəb olmuş, noyabra qədər bu rəqəm 92-yə çatmışdı.

Gülşən