Dünya 23:52 15.10.2021

David Tonoyan həbsxanada qalacaq

Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş müdafiə naziri David Tonoyana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi iddiasını rədd edib.

Bu barədə Tonoyanın vəkili Sergey Hovhannisyan məlumat verib.

"Məhkəmə şikayətimizi rədd edib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb”, - erməni mətbuatı vəkilə istinadən yazır.

Hovhannisyan müdafiə tərəfinin hələ qərarın nüsxəsini almadığını və məzmunu ilə tanış olmadığını bildirib./virtualaz.org