Sənət 00:04 21.03.2015

Davudoğlu azərbaycanlı aktrisa ilə görüşdü - FOTO

Türkiyə Baş naziri Əhməd Davudoğlu Çanaqqala zəfərindən bəhs edən “Son məktub” filminin təqdimatında iştirak edib. 
 
Axar.az xəbər verir ki, dünən baş nazir Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə şəhidlər üçün təşkil edilən anım mərasimindən sonra filmin təqdimatına qatılıb.
 
Qeyd edək ki, “Son məktub” filminin baş rolunda Azərbaycan əsilli türkiyəli aktrisa Nəzrin Cavadzadə oynayıb.

Qaynar.info