Fransanın Pluneventer şəhərində baş verən hadisə sakinlərin təəccübünə səbəb olub.
Hadisə şahidləri avtobus dayanacağının damında olan maşının oraya kim tərəfindən və hansı səbəbdən qaldırıldığını anlamağa çətinlik çəkiblər.
Hadisə barədə dərhal aidiyyatı qurumlara məlumat veriib.
Minik avtomobil olduğu yerdən aşağı endirilib.
Hadisəni araşdıran hüquq-mühafizə orqanları bildirib ki, avtomobilin sahibi ilə bir nəfər naməlum şəxs arasında mübahisə yaranıb.
Nəticədə əraziyə qaldırıcı kran gətirən şəxs avtomobili onun vasitəsi ilə dayanacağın damına yerləşdirib./oxu.az
Şərhlər