Xəbər lenti

DÇ-2026: İsveçrə və Kanadadan "qol yağışı"
İdman08:55 19.06.2026

DÇ-2026: İsveçrə və Kanadadan "qol yağışı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə dünya çempionatı davam edir. Ötən axşam İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.
Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.
İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz aktivinə yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.
Kanada Qətər millisini böyük hesabla məğlub edib. "BC Place" stadionunda keçirilən B qrupunun II turunun matçında Şimali Amerika təmsilçisi 6:0 hesablı qələbəyə sevinib.
Kanadanın heyətində Conatan Devid (29, 45+4, 90+2) het-trik edib. Kayl Larin (16), Neytan Saliba (66) və Manay Mohamed (75-avtoqol) digər qolları vurublar.
Meksika isə Cənubi Koreyanı məğlub edib. Qvadalxara stadionunda keçirilən A qrupunun II turunun matçın ev sahiblərinin 1:0 üstünlüyü ilə bitib. Qolu 50-ci dəqiqədə Luis Romo vurub.