Xəbər lenti

Әdəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil - Cəmil Həsənli
Sənət 13:44 07.06.2014

Әdəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil - Cəmil Həsənli

"Vaqif Səmədoğlu elə yüksək zirvədə dayanan bir ziyalıdır ki, ona sən nəyəsə mövqe bildirməlisən demək olmaz".

Qaynar.info xəbər verir ki, bunu Aktual.az-a Milli Şuranın sədri Cəmil Həsənli 75 illik yubileyini qeyd edən xalq şairi Vaqif Səmədoğlu haqda danışarkən deyib.

Onun sözlərinə görə, Vaqif Səmədoğlu böyük fikir adamıdır: "Hələ mən şairliyini bir tərəfə qoyuram, Vaqifin bir neçə səhnə əsəri var ki, onlar Azərbaycan klassik səhnə əsərləri ilə eyni sırada duran yaradıcılıq nümunələridir. Bunun biri "Generalın son əmri", ikincisi "Bəxt üzüyü", üçüncüsü "Yayda qartopu oyna", dördüncüsü də "Mamo kişinin yuxuları"dır. Bu əsərlər sözün tam mənasında Azərbaycan bədii təfəkkürünün böyük nailiyyəti sayıla bilər. Məsələn, "Bəxt üzüyü" öz bəddi və ictimai mahiyyətinə görə "Arşın mal alan"la müqayisə oluna biləcək əsərdir. Ona görə də Vaqifi çox vaxt Azərbaycan ədəbiyyatında şair kimi tanıyırlar və məlum olduğu kimi, o xalq şairidir. Amma eyni zamanda da Vaqif Səmədoğlu Azərbaycan səhnəsi üçün ən gözəl əsərləri yaradıb və onlardan birini də Ramiz Əzizbəyli filimə çəkib. Mənim bildiyimə görə bu yaxınlarda "Generalın son əmri" də teatrda tamaşaya qoyulacaq".

Cəmil Həsənli Vaqif Səmədoğlunun 75 illik yubileyi ilə bağlı təşkil olunun tədbirdə iştirak etməməsinə də aydınlıq gətirib: "Vaqifin yubileyi Azərbaycan ədəbiyyatının, şerinin, mədəniyyətinin yubileyidir. Vaqif Səmədoğlu ilə bağlı heç bir siyasi səbəb ola bilməz. Biz onunla tez-tez zəngləşib, hal-əhval tutmuşuq. Sadəcə, səhhətində olan problemə görə mən Vaqifi narahat eləmək istəmədim. Vaqif Səmədoğlu Azərbaycan ictimai fikrində yüksək yerdə dayanan, ictimai fikrə təsir edən, bütövlükdə Azərbaycanda bədii təfəkkürə təkan verən dahi şəxsiyyətdir".

Tarixçi alim hesab edir ki, kimin nə deməyindən asılı olmayaraq, sənət, ədəbiyyat adamından bunu ummaq lazım deyil ki, o hər hansı bir hadisəyə münasibət bildirsin: "Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil. Vaqif Səmədoğlu lazım gələndə çox şeyə münasibət bildirib. O öz vətəndaş mövqeyi ilə seçilən adamdır. Vaqif pyesləri, dram əsərləri ilə öz sözünü demiş bir adamdır və ictimai həyatda mövqeyi olan biridir. Mənə elə gəlir ki, Vaqifin həm bəddi təfəkkürü, həm də ictimai mövqeyi zamanından bir az qabağa gedir. Yəni Vaqif daha dərin düşünə bilir. Məsələn, o şerilərinin birində deyir ki, "doğuldum 39-cu ildə, güllələndim 38-də". Adi oxucu üçün bəlkə də bu əhəmiyyətsizdir və mənası anlaşılmazdır. Bax, sənətin dili, deyimi budur. Vaqif şeirləri təkrarsız şeirlərdir. O, navator şairdir. Vaqifin şeirlərində qəhrəman yoxdur, adi həyat həqiqətləri var".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->