Dəhşətli zorakılıq: 9-cu sinif şagirdi sığınacaqda...

Dəhşətli zorakılıq: 9-cu sinif şagirdi sığınacaqda...

Neftçalada zorakılığa məruz qalan 9-cu sinif şagirdi "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Qurumun sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında hazırda baş verənlərlə bağlı istintaq işlərinə başlanıldığını bildirib:

"Psixoloqlar işləyir. Travmalar alıb, bu səbəbdən ilkin rəy vermək çətindir. Bir az müalicə olunmalıdır. Vəziyyəti normaldır, burada özünü yaxşı hiss edir. Məsələ ilə bağlı bütün qurumlar işləyir. Tibbi müayinədən keçməlidir. Ekspertizanın cavabları gəlib. Heç kəslə görüşə imkan verilmir, ancaq istintaq qurupu…”

Qeyd edək ki, sosial şəbəkədə  Neftçala rayon Mirqurbanlı kənd sakini olan azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb. Həmin məlumatlarda bildirilir ki, atası ruhi xəstə olan 9-cu sinif şagirdi (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb və kənddə yolun kənarına atılıb.

Bahar Rüstəmli



  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR