Xəbər lenti

Dekan fillərin qurbanı oldu - FACİƏ
Dünya 20:58 06.09.2013

Dekan fillərin qurbanı oldu - FACİƏ

ABŞ-ın Kaliforniya San Diego Universitetinin keçmiş dekanı, 58 yaşlı doktor Tomas McAfee Tanzaniyadakı lüks tətili əsnasında fillərin ayaqları altında qalaraq həyatını itirib.

ANN.Az türk mətbuatıan istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Dekan  iki yoldaşıyla bərabər Tanzaniyanın "Tarangire" Milli Parkında gedərək safari turuna çıxıb. Bu sırada 50-yə qədər fil safaridə dekan və yoldaşlarının qabağına çıxıb. Doktor iki yoldaşını fillərdən qoruya bilib, amma özü qaçmağa çalışarkən yıxılıb və bu zaman fil sürüsü onun üzərindən keçib.

Ölümündən əvvəl o, tətildən sonra yeni işə başlayacağını deyibmiş.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->