Dünya 10:27 24.09.2021

“Delta” son böyük variantdır?

ABŞ-ın Dərman və Qida İdarəsinin (FDA) keçmiş direktoru Dr. Skott Gottlib yeni növ koronavirusun (COVID-19) "Delta” variantının infeksiyanın son böyük dalğası ola biləcəyini deyib.

Qaynarinfo xəbər verir ki, o, "Delta” ştammının ölkədəki son böyük infeksiya dalğası olma potensialına sahib olduğuna və COVID-19-un problem olaraq qala biləcəyinə işarə edib:

"Delta” dalğası gözlənilməz deyildi. Mövcud toxunulmazlıq başqa bir variantla pozulmasa, "Delta” koronavirus infeksiyanın son böyük dalğası olacaq, lakin geniş yayılmış bir risk halına gələcək. Yoluxmanın azaldığını və yayılma nisbətinin yavaşlamağa başladığını görmək üçün əhalinin təxminən 80 və ya 85 faizi vaksinasiya olunmalıdır”.

Xəyal