Ölkə 19:17 15.03.2019

Demokratik İslahatlar Partiyası Yeni Zelandiyada baş verən terror aktını pisləyib

Demokratik İslahatlar Partiyası bu gün səhər saatlarında Yeni Zelandiyanın Kraystçerç şəhərində onlarla insanın qətli və yaralanması ilə nəticələnən iki məscidə silahlı hücumla bağlı bəyanat verib. 

Qaynarinfo xəbər verir ki, bəyanatda deyilir: 

"Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən məscidlərə hücum nəticəsində çoxsaylı insan tələfatının olması barədə xəbər bizi sarsıdıb.  
Hesab edirik ki, bu dəhşətli hadisə təkcə məsciddə ibadət edən şəxslərə, müsəlmanlara qarşı deyil, bütün insanlığa qarşıdır.   

Biz insanlıq əleyhinə olan terrorun hər cürünü qətiyyətlə pisləyir, onu bəşəriyyətə qarşı qətiyyən yolverilməz hərəkət kimi qiymətləndiririk!
Kraystçerç şəhərində baş verən terror qurbanlarının xatirəsini hörmətlə yad edir, onların ailələrinə, yaxınlarına və bütün Yeni Zelandiya xalqına dərin hüznlə başsağlığı veririk! 

Yaralılara şəfa diləyir, yeni zelandiyalıların bu ağır faciənin nəticələrini tezliklə aradan qaldıracağına,  terrorun günahkarlarının layiqincə cəzalandırılacağına inanırıq!"