Dünya 10:04 24.09.2018

Dəniz quldurları İsveçrə gəmisini və 12 ekipaj üzvünü qaçırdı

Nigeriyada dəniz quldurları İsveçrəyə aid kargo gəmisini qaçırıb.

Qaynarinfo xəbər verir ki, Laqos şəhərinin "Port Harcourt" limanına buğda daşıyan gəmi ilə birlikdə 19 ekipaj üzvünün 12-si də quldurlar tərəfindən əsir alınıb. Hadisə ötən gün səhər saatlarında baş verib. Gəminin məxsus olduğu şirkət qaçırılanların geri qaytarılması üçün çalışdıqlarını bildirib.

İsveçrə daxili işlər nazirliyinin açıqlamasında əsir götürülənlərin digər ölkə vətəndaşları olduğu deyilir.

Gülşən