Xəbər lenti

Ölkə 12:37 01.06.2020

Dənizçilərin yeni birliyi qeydiyyata alındı

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Ədliyyə Nazirliyinin qeydiyyat və baş notariat idarəsi tərəfindən qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu haqda birliyin sədri, ADXG QSC XDND idarəsinin gəmi kapitanı, şair Faiq Balabəyli məlumat verib.

"Doğma Xəzərdə və dünyanın bütün sularında üzən dənizçilərimizə sevindirici xəbər!

Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi ( Yeni adı Dənizçilərə Sosial Dəstək İctimai Birliyi) Ədliyyə Nazirliyinin qeydiyyat və baş notariat idarəsi tərəfindən qeydə alındı.

Biz sizinləyik, biz sizə dəstək olmaq üçün, problemlərinizin həlli üçün bacardıqlarımızı etmək üçün gəldik.”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->