Xəbər lenti

Deputat bank faizlərinə etiraz etdi - ÇAĞIRIŞ
Ekonomiks 13:10 13.11.2013

Deputat bank faizlərinə etiraz etdi - ÇAĞIRIŞ


“Milli Məclis banklarla bağlı məsələyə baxmalıdır. Əhalinin əmanətlərinə verilən faizlərlə kredit faizləri arasında niyə bu qədər fərqin olduğunu izah eləməlidirlər. Bankın xərci 20-25 faizdirsə, gəlib bizə izah etsinlər ki, bu xərc nədən ibarətdir ”.

Lent. az-ın məlumatına görə, bu sözləri parlamentin bugünkü sessiyasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, ola bilsin, bankların problemləri var, ancaq bu məsələ çox ciddi vəziyyət alıb: “Bu gün əhalinin əksəriyyəti banklara borcludur. Öz evlərini, mülklərini banklara girov qoyublar. Məsələ çox ciddidir. Mən xahiş edirəm, Milli Məclisdə bu məsələyə baxılsın. Ya göstəriş verilsin, iqtisadi siyasət komitəsində bu problem müzakirə, ya da Milli Məclisin sessiyasına çıxarılıb, həll edilsin”.

Deputat çıxışında, həmçinin, onu da qeyd edib ki, kommunal xidmətlərlə bağlı tariflər artırılması məsələsinə növbəti ilin birinci yarısında baxmaq doğru deyil. V. Əhmədov dövlət qulluqçularının maaşlarının azlığı ilə bağlı məsələni də qaldırıb və onların əmək haqlarının icra hakimiyyəti işçilərinin maaşlarına yaxınlaşdırılmasını təklif edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->