Deputat:

Deputat: "Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır"

"Bələdiyyələrin qaldırdığı əsas problemlərindən biri yerli İcra hakimiyyəti orqanlarından asılılıqdır”.

Bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib. Deputat bildirib ki, bu asılılıq aradan qaldırılmadığı müddətcə bələdiyyələrin səmərəli fəaliyyətindən söhbət gedə bilməz:

"Bələdiyyələrin kadastr sənədləri olmadığından əkin sahələri üçün verilən subsidiyaları ala bilmir”.

Deputat deyib ki, bələdiyyələrin real vəziyyətini bilmək üçün onların təmsilçiləri dinlənilməlidir:

"Bələdiyyələrin dinlənilməsi nəticəsində bu sahədə nə qədər problem olduğunu və qarşıda duran vəzifələri daha yaxından öyrənmək olar”.//Modern.az 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR