Xəbər lenti

Deputat direktoru işdən çıxartdırıb
Ölkə 15:07 06.02.2014

Deputat direktoru işdən çıxartdırıb

Sərhədçi İdman Olimpiya Mərkəzinin direktoru Rövşən Kərimov vəzifəsindən kənarlaşdırılıb. 

"Qafqazinfo” xəbər verir ki, buna səbəb direktorun Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu arasında baş verən narazılıq olub. Belə ki, Elton Məmmədovun oğlu direktor Rövşən Kərimova Sərhədçi Olimpiya İdman Mərkəzində kikboksla bağlı yarış keçirmək istədiyini deyib. 

Mərkəzin direktoru R. Kərimov isə Elton Məmmədovun oğlunun diqqətinə çatdırıb ki, yarış kikboksla bağlı olduğu üçün Azərbaycan Kikboksinq Federasiyasından icazə kağızı lazımdır: “Əks təqdirdə yarışın keçirilməsinə icazə verilməyəcək”.

Oğlunun işinin alınmadığını görən Ziya Məmmədovun qardaşı Elton Məmmədov məsələyə müdaxilə edib. Millət vəkili də sözügedən mövzu ilə bağlı Sərhədçi İdman Olimpiya Mərkəzinin direktoruna müraciət edərək ona təşkilatlarının Kikboksinq federasiyana daxilində olmadığını və sərbəst şəkildə fəaliyyət göstərdiyini deyib. 

Bununla belə, Rövşən Kərimov icazə kağızının vacibliyini E. Məmmədovun diqqətinə bir daha çatdırıb və millət vəkili yenə də rədd cavabı alır. 

Bu zaman Elton Məmmədov məsələdən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə şikayət edib. 

Elçin Quliyev isə vəziyyətdən çıxış yolu kimi Sərhədçi İdman Olimpiya Kompleksinin direktoru Rövşən Kərimovu işdən çıxarır. 

Hazırda İdman Olimpiya Mərkəzində yoxlama işləri gedir və Rövşən Kərimovun direktor kimi fəaliyyəti araşdırılır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->