"Ermənistan təğliğatı heç bir zaman Azərbaycan cəmiyyətinə nifaq sala, yalan məlumat verə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ermənilərin sosial şəbəkələrdə özlərini azərbaycanlı kimi təqdim edib saxta profillərdən məlumat paylaşmalarından danışarkən deyib.
Deputatın fikrincə, bu gün Azərbaycan vətəndaşlarının əksəriyyəti sosial şəbəkə istifadəçisidir:
"Mümkün olan bir şey deyil. Ona görə ki, Azərbaycanda mətbuatı kifayət qədər aktivdir, istəlinən məsələ işıqlandırılır və diqqət yetirilir. Digər tərəfdən vətəndaşlarımızın əksəriyyəti sosial şəbəkə istifadəçisidir. Əgər həqiqətən belə bir şey olsaydı, bununla bağlı məlumatlar yayılardı. Azərbaycan dövləti hər bir şəhidinə hörmətlə yanaşır, dəfnini təşkil edir, ailəsi diqqətə götürülür və sosial məsələləri həll edilir. Və həmçinin vətəndaşlarımız da şəhidlərimizlə bağlı özlərinin çəkdikləri videoları paylaşırlar. Dünən məlumat yayıldı ki, Ermənistan tərəfi saxta profillərdən Azərbaycan cəmiyyətində panika yaratmağa çalışır. İstəlinən dövlətin gücü ilk növbədə cəmiyyətin qətiyyətindədir. Bu günlər 100 minlərlə azərbaycanlı gənc cəbhə xəttinə gedib, könüllü kimi vuruşmaq istəməsini bildirdi. Bu, artıq bizim gücümüzdür".
Deputat qeyd edib ki, Ermənistan ilk növbədə bundan qorxuya düşüb:
"Niyə Ermənistan tərəfindən biz sərhəd, cəbhə xəttinə yığışan insanlar görmürük? Niyə onlar vuruşmaq istədiklərini ortaya qoymurlar? Biz tamam fərqli iki cəmiyyətin müqayisəsini görürük. Bu günlərdə bütün vətəndaşlarımız dövlətə bağlanıb, provokasiyalara uymurlar, ortaya çıxan saxta profillərdən yayılan videolara, yazılara isə layiqincə cavab verirlər. Ermənistan təğliğatı heç bir zaman Azərbaycan cəmiyyətinə nifaq sala, yalan məlumatı möhkəmlədə bilməz. Biz ona görə müstəqil dövlət olmamışıq ki, bu gün kimlərinsə yalançı təbliğatına uyaq, yaxud da öz milli maraqlarımız ikinci dərəcəyə keçirdək".
Bahar Rüstəmli
Şərhlər