Ekonomiks 22:00 01.11.2019

Deputat: “Kadr dəyişikliklərinin hər biri işin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir”

Milli Məclisin deputatı Hikmət Babaoğlu SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan dəyişikliklərə münasibət bildirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan dəyişikliklərə münasibət bildirib.

H.Babaoğlu "Report”a açıqlamasında bildirib ki, ölkədə həyata keçirilən islahatlar konteksində kadr islahatları ənənəvi hal alıb və zəruri hesab olunan sahələrdə kadr islahatları aparılır:

"Mən düşünürəm ki, bu addımların hər biri işin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir və nəticə etibarı ilə işin uğurlu şəkildə qurulmasına xidmət edəcək. Əlbəttə ki, hər bir strukturun rəhbərliyi tərəfindən qəbul edilən qərar var. Mən düşünürəm ki, mənafelər nəzərə alınmaqla qərar qəbul edilib, bu da işin daha effektiv qurulmasına faydalı olacaq”.

H.Babaoğlu xatırladıb ki, SOCAR Azərbaycanın ən böyük şirkətidir: "Bu vaxta qədər Azərbaycanın enerji sahəsində maraqlarını müdafiə edən bir şirkətdir. Milli iqtisadiyyatımızın yeni çağırışlar konteksində şübhəsiz ki, SOCAR rəhbərliyi tərəfindən müvafiq qərarlar qəbul edillib. Düşünürəm ki, bütün bunlar ümumi işimizə xeyrli olmaqla, SOCAR-ın özünün fəaliyyətində yeni keyfiyyətli işlər yaratmağa hesablanıb. Arzu edək ki, SOCAR daim inkişaf etsin, çünki Azərbaycan iqtisadiyyatının mühim bir hissəsini təşkil edir. Eyni zamanda, SOCAR iqtisadiyyatımızın digər sahələrinin də inkişaf etməsinə səbəb olur”.