Deputatın tikinti şirkətinə etiraz: “Özümü yandıracam” (VİDEO)
Bakı şəhər Nizami rayonu, Kamil Balakişiyev küçəsində "FVS-inşaat” MMC tərəfindən inşa edilən kooperativ yaşayış binasından mənzil alan Vəliyev Tuncay Vaqif oğlu şirkətdən şikayətçidir.
Qaynarinfo xəbər verir ki, şikayətçi bizimyol.info-ya bildirib ki, tikinti şirkəti ona nə evini verir, nə də pulunu.
O, etiraz əlaməti olaraq tikinti şirkətinin yerləşdiyi ünvanın qarşısından keçən avtomobil yolunu bağlayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıkeçən şirkət Goranboydan seçilmiş millət vəkili Mahir Aslanova məxsusdur.
Hadisə yerindən hazırlanan video-süjeti təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər