Milli Məclisin gündəliyindəki "Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatlar arasında fikir ayrılığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu qanun layihəsinin kostitusiyaya zidd olduğunu bildirib:
"Rüsum göstərilən xidmətlərə görə haqdır. Biz burada rüsumu ayrı qeyd edirik və göstəririk ki, xidmətlərə görə əlavə haqq ödənilir. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu artıq kommersiya təşkilatıdır. Biz onda gərək onu vergilərə cəlb edək. Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Bunun üçün mülkiyyət toxunulmazlığını təmin etməklə qanunun aliliyini təmin edək, əlverişli biznes mühiti, investisiyayönümlü mühiti yaradırıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcə gəlirləri artsın, biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək. Bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması konstitusiyaya ziddir".
Vitse spiker Ziyafət Əsgərov və deputat Əli Hüseynli isə qanun layihəsinin konstitusiyaya zidd olmadığını vurğulayıb.
Depuat Qüdrət Həsənquliyev Ziyafət Əsgərova cavab olaraq bildirib: "Konstitusiya qarşınızdadırsa açın baxın".
Spiker Sahibə Qafarova məsələnin plenar iclasdan kənar işçi qrupu formasinda müzakirəsini tövsiyə edib.
Qafqaz Rafiqoğlu
Şərhlər