Dünya 12:45 08.08.2020

Dərəyə düşüb iki bölünən təyyarə qəzasının şok detalları məlum oldu

Hindistanın Kocikode hava limanında təyyarənin qəzaya uğramasının təfərrüatları məlum olub. 

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Hindustan Times” Hindistanın Mülki Aviasiya Administrasiyasına istinadən yayıb. Məlumata görə, təyyarə yüksək sürətlə uçuş-enmə zolağından çıxıb, dərəyə düşüb və ortadan bölünüb.

Hadisə zamanı göyərtəsində 191 nəfərin olduğu təyyarə Dubaydan gəlirmiş.

Enişin pis hava şəraitində həyata keçirildiyi aydın olub, həmin vaxt güclü yağış yağırmış. 

Qəzanın digər detalları quraşdırılır.

Hadisə nəticəsində 20 nəfər ölüb.

İslamabad və Dehli arasındakı düşmənçiliyə baxmayaraq, Pakistan hakimiyyəti həyatını itirənlərlə bağlkı Hindistana başsağlığı verib.

Xatırladaq ki, "Air India Express”ə məxsus Boeing-737 təyyarəsi eniş zamanı qəzaya uğrayıb.  Nəticədə kokpit fuselajdan qopub, bəzi sərnişinlər struktur deformasiyasına görə göyərtədə sıxışıb qalıb. 

 
Alpər