Bildiyimiz kimi 2019-cu ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda IX və XI siniflər üzrə buraxılış imtahanları yeni formatda keçiriləcək. Bu da labüd idi. Birincisi ona görə ki, ölkə təhsili 2008-ci ildə kurikulum standartları ilə tədris prosesinə keçib və həmən şagirdlər 2019-cu ildə XI sinifi bitirirlər. Onların təhsil aldıqları müddətdə ətdə etdikləri bilik və bacarıları ənənəvi qaydada yoxlamaq, ölçmək mümkün deyildi. Ona görə də qiymətləndirilməyə yeni yanaşma tələb olunurdu. İkincis isə Azərbaycan təhsili müasir çağırışlara cavab verməyi, bilik və bacarıqları müasir standartlara cavab verən şagird, şəxsiyyət yetişdirməyi qarşısına hədəf kimi qoyub. Artıq ölkə təhsili yaddaş məktəbindən təfəkkür məktəbinə keçib.
Təhsil eksperti Kamran Əsədov DİM-in qəbul imtahanlarında ingilis dili fənni ilə bağlı etdiyi dəyişiklikləri BAKU.WS-ə şərh edib.
Eksper deyib ki, bu dəyişikliklə 2019-cu ildə tətbiq edilən yeniliklərin hər birini ayrı-ayrılqda təhlil etdikdə ən ciddi problemin xarici dil fənnindən ortaya çıxdığı məlum olub:
Məlum olduğu kimi bir müddət əvvəl DİM xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini verdi. Təqdim olunan imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallar ortaya çıxdı. Təəssüf ki, bu modelin hazırlanmasında Təsil Nazirliyi Dövlər İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil nazirliyi bu modelin hazırlanmasında ancaq seyrici mövqeyində dayanıb. Yoxsa Xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı:
1. Xarici dil üzrə orta məktəb dərsliklərində dinliyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda( nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda ) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hal hazirkı dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdur. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki yoxdur. Eyni zamanda bütün dəsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?
2. Xatırladaq ki orta məktəblərdə xarici dil fənni üzrə hal hazırda işlək olan bütün dərsliklər , əsasən də 1-ci 2-ci 3-cu və 5-ci sinif dərsliklərini isə ümumiyyətlə tədrisə yararlı deyil.
1-ci sinifdən 8-ci sinifə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini ,məzmunun yalnız ele buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır . Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır.
3. Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. ( "dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab) Bu halda təxminən 200 000 şagird ( həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?
4. Həftədə 1- 4-ci siniflərdə cəmi 1 saat, 5-8 ci siniflərdə 3 saat ,9 –cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinifin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual ( 15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?
5. DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarida da qeyd etdildiyi kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan , yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır?
6. DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?
7. Ana dili və Riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmən fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmən fənnlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur , müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər ,həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? Ingilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.
8. Oxu, yazı və dil qaydaları ilə bağlı həm Təsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təsil Nazirliyinin nə də DİM –in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib. Əlbəttə yenə deyəcəklər ki internetdə milyonlarla vəsait var , açıb etsinlər. Onda sual doğur DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında . Eləcə də heç Bakının bəzi məktəblərinin netə çıxışı yoxdur ,o ki ola ucqar Neftçala rayon Dördər kənddəki müəllimin. Soruşmaq istərdim o məktəblərin uşaqları nə edəcəklər?
9. Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara "testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin” deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listining imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.
10. Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə ( və həmən 45 dəqiqədə həm oxu, həm yazı , həm danışma, həm də dinləyib anlama yerinə yeririlmələdir) hansı Listening imtahanından söz gedə bilər?
11. Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideyinlər hansı çıxış yolu tapmalıdırlar ? Valideyinlər elavə müəllimlər tutub ( bəzi sinif müəllimləri heç özü listening –i etməyi bacarmır) , əlavə xərc çəkib övladlarına Listening( dinləmə) və Reading (Oxu) oyrətməlidirlər?
12. Eyni zamanda soruşmaq istərdim imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunmuşdur? Təsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?
Ayrı – ayrılıqda sinif kitabları üzrə xarici dil fənnindən standarların reallaşma vəziyyəti belədir:
1-ci sinif dərsliyi
Məzmun standartlarının mütənasibliyi bəzi hallarda gözlənilməyib (1.1.3, 2.1.1, 2.1.2, 2.1.3, 2.1.4). Dinləyib-anlama standartının tam yerinə yetirilməsi üçün əlavə disk nəzərdə tutulmayıb. Bu isə dinləyib-anlama və danışma məzmun xətlərinin yerinə yetirilməsinin tam reallaşdırılmasına imkan vermir. Belə olan halda şagirdin dinləyib-anlama bacarıq və vərdişlərinə yiyələnməsi çətinləşir.
2-ci sinif dərsliyi
Burada dinləyib-anlama, danışma, ilkin tələffüz bacarıqlarına yiyələnmə, söz birləşmələri və sadə cümlələri təkrar etmək üçün lazım olan materiallar verilmişdir. Lakin audio disk verilmədiyindən, dinləyibanlama məzmun xətti üzrə alt standartlar tam reallaşdırılmamışdır. Deməli, iki məzmun xəttindən birinin yerinə yetirilməsi məhduddursa, bununla əlaqədar olaraq digərinin reallaşması çətinləşir. Dərslik təlimin şagirdyönlülük prinsipinə qismən imkan verir.
3-cü sinif dərsliyi
Dərslikdə dinləyib anlama standartları yerinə yetirilməməşdir
4-cü sinif dərsliyi
Dərslikdə 1.1.3. (Verilmiş mətndə yeni sözləri müəyyən edir.), 2.1.2. (Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.), 4.1.1. (Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazır.) alt standartlarının yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilməmişdir və bu alt standartların yerinə yetirilməsi üçün (tələffüz, intonasiya) izahat və ya nümunəyə rast gəlinmir.
5-ci sinif dərsliyi
Dinləyib-anlamanın 1.1.2. (Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.), danışma məzmun xəttinin 2.1.1. (Yeni söz və ifadələrdən düzgün istifadə edir.), oxu məzmun xəttinin 3.1.1. və 3.1.2. (Söz və ifadələri seçir və qruplaşdırır, mətndəki 3 sözləri düzgün tələffüzlə oxuyur.) və yazı məzmun xəttinin 4.1.1. (Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.) alt-standartları üzrə dərslikdə sözlərin təqdimatı da qeyri-qənaətbəxşdir.
6-cı sinif dəsrliyi
Dərslik komplektinə audio vəsait daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dinləyib-anlama məzmun xəttinin yerinə yetirilməsi üçün vacib olan tapşırıqlar dərslikdə verilməmiş, MMV-də müəllimlərə nümunə kimi göstərilməmişdir. Hər dərsin əvvəlində "Listening-speaking”, "Listening-reading” başlıqları altında 2 (bəzən 3) sual verilsə də, dinləyib-anlamanın necə aparıldığı aydın olmur.
7-ci sinif dərsliyi
Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartlar tam reallaşmamışdır. Bu məzmun xəttini reallaşdırmaq üçün bəzi tapşırıqlar verilmişdir (səh.13, tapşırıq 2; səh. 103, tapşırıq 2; səh. 120, tapşırıq 2 və s.). Lakin bu tapşırıqlar əsasən "Qulaq as” və "Tamaşalaşdır” başlıqları ilə verildiyindən, 1.1.1. ("Müraciətlərə uyğun tapşırıqları icra edir”) və 1.1.2. ("Dinlədiyi mətndəki əsas fikri müəyyən edir”) alt standartlarının tələblərinin reallaşmasına kömək etmir.
8-ci sinif dərsliyi
Dərslik komplektinə disk daxil olmadığından, dinləyib-anlama məzmun xətti üzrə standartları tam reallaşdırmaq mümkün olmur. Dərslikdə yalnız iki səhifədə (səh. 83 və 121) "Listen” başlıqlı tapşırığa rast gəlinir.
9-cu sinif və 10 və 11-ci siniflərin monitorinqi köhnə dərsliklər üzrə aparıldığı üçün onlardan nümunələr vermirəm. Yalniz uzun illər dərslik eksperti olduğumdan və bütün standartların reallaşdığı dərslik yazıb, tenderden keçməyən müəllif kimi deyə bilərəm ki, bu sinif dərsliklərində də 1.1 dinləyib anlama standartı tamamilə reallaşmayıb, çünki Listening aparmaq üçün disk yoxdur, eyni zamanda Listening başlığı ilə verilən tapşırıqların hamısı oxu materialıdır çünki dinləyib anlama zamanı şagird mətni görməməli yalnız mətni dinləyib tapşırıqları etməlidir. Əgər mətn dərslikdə verilibsə ,bu oxu materialıdır.
Ümumiyyətlə yuxarıda sadalanan butun siniflər üzrə heç bir sinif dərsliyində dinləyib anlama tam yerinə yetirilməmişdir və audio vəsait nəzərdə tutulmamışdır.
IX və XI siniflərin buraxılış imtahanlarında ingilis dili fənninin 1) ilk təcrübə olduğunu, 2) dinləmə bacarıqlarının, bunun üçün məktəblərdə resurs olmadığını nəzərə alaraq dinləmə bacarıqlarının reallaşdırılıb-reallaşdırılmamasını yoxlamaq-ölçmək gülüncdür. Attestat imtahanlarının minimum bilikləri ölçməli olduğunu nəzərə almalıdırlar, eyni zamanda reallıqla barışmalıdırlar.
Çox maraqlıdır ki, Neftçala rayon Dördlər kəndində informatika dərslərində şagird kompüter üzü görmürsə, harada internetdə ingilis dilinə hazırlaşa bilər? Dinləmə haqda heç bir vəsait, heç bir disk və s. yoxdursa, bu şagird dərsdə bunu mənimsəmirsə, bəs necə imtahan verəcək?
Əlbətdə ki, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir. Təqdim olunun imtahan modeli onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir.
Təbii ki, xarici dil dedikdə təkcə İngilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız, rus, ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma İngilis dilindən fərqli olaraq bu dillər üzrə ümumiyyətlə resrurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib ortaya bir şey çıxara bilirlər, alman, fransız, rus,ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur.
DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repititor və hazırlıq kurslarına şərait yaradır.
Şərhlər