Video 11:42 13.06.2018

DİN cinayət işi açdı: azyaşlıya işgəncə verən tərbiyəçi tutuldu (VİDEO)

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb.

Qaynarinfo-nun məlumatna görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə)  maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb.