Xəbər lenti

Ölkə 14:50 20.01.2018

DİN əməliyyat keçirdi: axtarışda olan 16 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, axtarışda olduğuna görə 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?