Xəbər lenti

DİN ötən gün toylara buraxılmayanların sayını açıqladı
Ölkə 11:52 27.11.2021

DİN ötən gün toylara buraxılmayanların sayını açıqladı

Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->