Foto 09:47 03.02.2022

“Dinamo”ya transfer olunan Mahir Emrelidən ilk açıqlama (FOTO, VIDEO)

"Çox şadam ki, "Dinamo” ilə müqavilə bağlamışam. Bu daim Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

Zaqreb "Dinamo”suna keçən 24 yaşlı hücumçu klubun rəsmi saytına açıqlama verib:

"Xüsusilə də komanda son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində yaxşı peşəkar futbolçular var. Bu, ciddi klubdur.

İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacağam. Titulu qoruyacağımıza və yazda "Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu futbol klubu artıq Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşləri olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.

Polşanın "Legiya” klubu ilə problem yaşayan Mahir Emreli dünən 22 qat Xorvatiya çempionu "Dinamo” ilə 4,5 illik müqavilə bağlayıb.

"Dinamo” Avropa Liqasında mübarizə aparır. Komandanı qarşıda İspaniyanın "Sevilya” komandası ilə matç gözləyir.