Dindarlarımız Zəhranın məzarını ziyarət etdilər

Dindarlarımız Zəhranın məzarını ziyarət etdilər

Beyləqan rayon axundu Hacı Mir Səccad Ağa, müavini Məşədi Məhəmməd Sadıqov, Füzuli rayon axundu Hacı Nəriman və Mingəçevir şəhər axundu Hacı Ələmdar erməni vəhşiliyini pisləyiblər

"Qaynarinfo" xəbər verir ki, Beyləqan, Mingəçevir və Füzulu  rayonundan olan bir qrup dindar ermən təxribatı nəticəsində Alxanlı kəndində  həlak olmuş  2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qəbrini ziyarət ediblər. Ziyarət zamanı erməni ordusunun vəhşilikləri pislənilib  və 2 yaşı Zəhra ilə bərabər Qarabağ  savaşında şəhid olan bütün insanlarımızın ruhuna Quran oxunub ve şəhidlik barədə moizə edilib.

Daha sonra qonaqlar Zəhra Quliyevanın ata evini ziyarət edərək, 2 yaşlı şəhidin atası Elnur Quliyevə dərin hüznlə başsağlığı veriblər.

Bir daha qeyd edək ki, iyulun 4-də saat  20:40 radələrində ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri -1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb./azfakt.com/

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR