Rusiya ilə İngiltərə arasındakı casus böhranı getdikcə böyüyür. ABŞ və bir çox Avropa ölkəsinin rusiyalı diplomatları deportasiya etdiyi bir vaxtda iyun ayında Rusiyada keçiriləcək Dünya çempionatı üçün böyük təhlükə yaranıb.
Qaynarinfo xəbər verir ki, martın 15-də İngiltərənin baş naziri Tereza Mey keçmiş rus agenti Sergey Skripal və qızı Yuliyanın bu ölkədə zəhərlənməsinə görə Rusiyanı günahlandırmış, bu ölkədə keçiriləcək Dünya çempionatına diplomatik səviyyədə qatılmayacaqlarını bildirmişdi. Dünən baş verən diplomat böhranından sonra bənzər açıqlamalar verən ölkələrin sayı artıb.
"DÇ-2018"ə vəsiqə qazanmış İslandiya İngiltərə və Rusiya arasında baş verənlərə görə mundialı diplomotik olaraq boykot edəcəklərini açıqlayıb. Bundan başqa İslandiya Rusiya ilə ikili münasibətləri ən üst səviyyədə dondurub.
Ardınca Avstraliya xarici işlər naziri Julie Bişop da açıqlama verərək Dünya çempionatını boykot edə biləcəkdərini bəyan edib.
Dünya çempionatına vəsiqə qazanmayan Ukrayna isə mundialın yayım hüququnu alan "Ukraina" kanalının bu hüquqdan imtina etdiyi açıqlayıb.
Qeyd edək ki, Dünya çempionatı tarixində bənzər boykot olayları baş verib. Uruqvay 1934-cü ildə İtaliyada keçirilən mkndialı boykot etmiş və qatılmamışdı. Argentina və Braziliya isə həmin turnirə ehtiyat komanda ilə qatılmışdı. Hər üç ölkə Avropada Hitler və Mussolini ilə birlikdə faşizmin yüksəlişinə etiraz edərək bu addımı atmışdı.
"Fransa-1938" Argentina tərəfindən boykot edilmişdi. Buna səbəb fransızların argentinalılara ev sahibliyi sözü versə də, vədlərinə əməl etməmələri olmuşdu. Uruqvay da Argentinaya dəstək olaraq mundialdan imtina etmişdi.
Braziliyada keçirilən "DÇ-1950" isə II Dünya çempionatından sonra yaşanan maliyyə böhranı səbəbindən yarışa vəsiqə qazanan bəzi ölkələrin bu hüquqdan istifadə etməməsi ilə gündəmə gəlmişdi. Türkiyə, Belçika, Hindistan, Şotlandiya, Filippin, Argentina, Peru və Ekvador bu səbəbdən yarışa qatıla bilməmişdi.
1966-cı ildə İngiltərədə keçirilən Dünya çempionatına CAR millisi buraxılmayıb. Buna səbəb ölkədəki irqçiliklə bağlı problemlər olub. Lakin sonradan FIFA qərarını dəyişib.
Aydın
Şərhlər