Ölkə 10:22 26.03.2019

Yanğınla əlaqədar bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla əlaqədar hazırda Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb.

Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir.