Xəbər lenti

Diqqət: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb
Texnologiya 23:27 10.06.2019

Diqqət: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

"Kaspersky Lab”ın ekspertləri "Google Calendar” onlayın təqviminin istifadəçilərinə qarşı bir sıra fişinq (phishing) hücumları qeydə alıblar.

"Report” TASS-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən bildirildiyinə görə, may ayında həmin servisin təqvimə dəvət edən avtomatik ismarıc görüntüsü verilən saxta göndərişlər istifadəçilərin smartfonlarına atılıb: "Bu yeni hücum üsulu nəzəri cəhətdən hətta e-mail və mesencerlərdə spam və fişinq təhlükəsindən xəbərdar olan təcrübəli istifadəçiləri də çaşdıra biləcəyi üçün dələduzlar qarşısında daha geniş imkanlar açır”.

Belə ki, smartfonda sözügedən ismarıca çox bənzəyən pəncərəni açanda, adətən, adi bir bonuslu sorğunun keçirildiyi "quldur” saytının linki çıxır, guya həmin bonusu almaq üçün müəyyən pul ödənişi etmək təklif olunur. Bu yolla istifadəçilərin fərdi məlumatlarını ələ keçirməyə çalışan dələduzlar məhz təqvim əlavəsini özlərinə meydan seçdiklərinə görə məqsədlərinə daha asan çatmaq imkanı qazanırlar. Belə ki, poçt ünvanları və mesencerlərindəki spama adətkərdə olan istifadəçilərin məlumatları nizamlayan təqvim əlavəsində aldanması ehtimalı daha yüksəkdir.

Bu barədə bildirən laboratoriyanın baş spam mütəxəssisi Mariya Vergelis arzuolunmaz halların qarşısını almaq üçün "Google Calendar” parametrlərində avtomatik bildiriş funksiyasını söndürməyin kifayət olduğunu qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->